Hazırda bu küçələrdə sıxlıq var


Digərləri 21 İyn 2022 13:52:00 135 0

Hazırda bu küçələrdə sıxlıq var

Paytaxtda hazırda avtomobillərin hərəkətində sıxlıq müşahidə edilən küçə və prospektlərin adları açqlanıb.

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən Son.az-a verilən məlumata görə, həmin küçələr aşağıdakılardır:

1. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq

2. Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq

3. Alı Mustafayev küçəsində - əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində nisbətən sıxlıq

4. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı - əsas və kənar yol da daxil olmaqla, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

5. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsinə qədər, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

6. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq