Üstündə uşaqların olduğu dəniz döşəyini külək çevirdi:


Dünya 21 İyn 2022 13:07:00 140 0

Üstündə uşaqların olduğu dəniz döşəyini külək çevirdi:

Krımın Sak rayonunda iyunun 13-də döşəkdə açıq dənizə sürüklənən dörd yaşlı uşağın meyiti tapılıb.

Son.az bildirir ki, bu barədə Life-ın fövqəladə hallar xidmətindəki mənbəsi məlumat verib.

Əldə edilən məlumata görə, oğlanın cəsədi faciədən iki kilometr aralıqda sahilə çıxıb. Dəhşətli tapıntını çimərlikdə istirahət edənlər görüb və 112 xidmətinə məlumat veriblər. Onunla bir döşəkdə olan beş yaşlı qızın meyitinin axtarışları davam edir.

Xatırladaq ki, uşaqlar sahildə dincələn valideynlərinin gözü qarşısında döşəyin üstünə çıxıblar, lakin güclü külək nəticəsində güclü axın onları bir neçə saniyə ərzində dənizə sürükləyib. Valideynlər onları üzərək xilas etməyə çalışıblar, lakin bunu bacarmayıblar. Bu zaman böyüklər döşəyin necə çevrildiyini və uşaqların suya düşdüyünü görüblər. Faktla bağlı "Ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə cinayət işi başlanıb.

Aslan Məmmədov Son.az