Dünya aclıq təhlükəsi ilə üzüzə: Böyük ərzaq böhranı qapıda


Siyasət 21 İyn 2022 11:55:00 135 0

Dünya aclıq təhlükəsi ilə üzüzə: Böyük ərzaq böhranı qapıda

"Bu gün Rusiya tərəfindən Ukraynada Ukrayna xalqına qarşı soyqırım aktı həyata keçirilir".

Bunu Son.az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, Rusiya məğlub olmasa müharibə bitməyəcək:

"Sivil dünya Rusiyanı dayandırmaq üçün təcili tədbirlər görməlidir, çünki əks halda aclıq, böyük ərzaq böhranı qaçılmaz olacaq.

Ukraynanın gələcəyi ABŞ-ın dəstəyi ilə Böyük Britaniya və Polşa ilə ittifaqdan asılıdır. Avropa İttifaqı burada bir vasitə ola bilər.

Müharibənin sonu şübhəsiz ki, ABŞ və NATO-dan asılıdır.

Müharibə bir halda bitə bilər: Ukraynanın qələbəsi ilə nəticələnərsə.

Qalan istənilən proses Ukraynaya və ya onun müttəfiqlərinə yaraşmayacaq, çünki Rusiya sakitləşməyəcək. Rusiyanın bu savaşdan məğlub ayrılmaması bütün dünya üçün böyük təhdid ola bilər. 

Göründüyü kimi Fransa və Almaniya müharibənin ilk günlərində savaşın sonuna qədər Ukraynaya lazımı bütün hərbi dəstəyi göstərəcəkləri ilə bağlı verdikləri vədlərə xilaf çıxdılar.

Onların bu döyüşdən qaçmaq səbəblərindən başlıcası tarixlərində və mentalitetlərində Rusiyanın buraxdığı "izdir". Amma gərək bilərdilər ki, reallıqdan qaça bilməzlər. Heç nə unudulmur, heç nə yaddan çıxmır".

Təhməz Əsədov Son.az