Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu qurumla Əməkdaşlıq Memorandumu imzalayıb


Digərləri 21 İyn 2022 09:22:00 138 0

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu qurumla Əməkdaşlıq Memorandumu imzalayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Genevrə Ofisi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, BMT Genevrə Ofisinin Baş Direktoru xanım Tatiana Valovaya və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Həm-Sədri Dr. İsmayıl Seragəldin tərəfindən imzalanan memoranduma əsasən hər iki təşkilat multilateralizm, sülh, inkişaf və mədəni anlaşmanının təbliğ olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Qeyd etmək istərdik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq Ümumdünya Səhiyyə Təşkilatı ilə strateji əməkdaşlıq memorandumu imzalanmışdır və Mərkəz digət qurumlarlada əməkdaşlığını inkişaf etdirmək istiqamətində çalışır.