Litva Rusiya mallarını Kalininqrada buraxacaq:


Digərləri 21 İyn 2022 08:58:00 153 0

Litva Rusiya mallarını Kalininqrada buraxacaq:

Litva bəyan edib ki, iyunun 17-dək yüklənmiş bütün Rusiya mallarının respublika ərazisindən keçməsinə icazə veriləcək.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Rusiyanın Litvadakı müvəqqəti işlər vəkili Sergey Ryabokon məlumat verib.

Onun sözlərinə görə, iyunun 17-dən sonra yüklənmiş malların Litva ərazisindən keçməsinə icazə verilməyəcək:

"Qeyd etmək lazımdır ki, söhbət müəyyən vəzifələrdən gedir, başqa məsələdir ki, onların sayı hədsiz çoxdur. Və Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov deyir ki, bu, Kalininqradın aldığı bütün əmtəə məhsullarının təxminən yarısıdır", - o qeyd edib.