“Türkiyə İsveçdən təcili addımlar gözləyir”


Siyasət 21 İyn 2022 08:18:00 114 0

“Türkiyə İsveçdən təcili addımlar gözləyir”

İsveç və Finlandiyanın NATO-ya mümkün daxil olması ilə bağlı müzakirələrin vaxtı yalnız alyansın iyunun sonunda keçiriləcək sammiti ilə məhdudlaşmır.

Son.az "Report"a istinadən bildirir ki, bunu "Əl-Ərəbiyyə" Türkiyə prezidentinin müşaviri İbrahim Kalına istinadən xəbər verir.

"Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirələri davam edəcək, lakin alyansın gələn həftə Madriddə keçiriləcək zirvə toplantısı hər hansı qərarın qəbulu üçün son tarix deyil", - Türkiyə prezidentinin sözçüsü bildirib.

Kalın həmçinin bildirib ki, Türkiyə PKK teror təşkilatının fəaliyyəti ilə bağlı İsveçdən təcili addımlar gözləyir.