Ukrayna Rusiyanın 25 hərbçisini


Siyasət 21 İyn 2022 08:23:00 121 0

Ukrayna Rusiyanın 25 hərbçisini

Son son sutka ərzində Ukrayna Silahlı Qüvvələri 25 rus hərbçisini, güclü rabitə stansiyasını və üç silah-sursat anbarını məhv edib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığı "Facebook"da məlumat yayıb.

"Hərəkətlərimizin aktivliyi rusları çıxılmaz əks-təsir vasitələrindən istifadə etməyə məcbur edir. Qarşı tərəf quruda sonuncu təchiz olunmuş müdafiə xəttini saxlamağa çalışır. Bu arada havadan və müvəqqəti işğal olunmuş Krımdan kütləvi raket zərbəsi endirilir. Qarşı tərəf 4 ədəd Kh-31A raket və 1 ədəd Oniks tipli raketlə Oçakov istiqamətinə zərbə endirib.

Onlar şəhərətrafı ərazilərdəki kənd təsərrüfatı sahəsinə düşüb.

Daha doqquz "oniks"in Odessa vilayətinə ünvanlandığı qeyd edilir. Dunay Deltasında, adalardakı yaşayış binaları, Belqorod-Dnestrovski rayonunda - qəbiristanlığın yaxınlığına və sənaye infrastrukturu obyektinin yaxınlığına mərmi atılıb

Ümumilikdə gün ərzində 25 rus hərbçisi, bir T-62 tankı, bir "Meteorit" özüyeriyən reaktiv minatəmizləmə qurğusu, güclü rabitə stansiyası, radiolokasiya stansiyası və elektron döyüş stansiyası, iki hərbi texnika və üç sursat anbarı məhv edilib.