Qocalıq taqətsizliyinin səbəbləri


Digərləri 21 İyn 2022 02:02:00 156 0

Qocalıq taqətsizliyinin səbəbləri

Alimlərin fikrinə görə qocalıq taqətsizliyi qaçılmaz hesab edilmir. Bunun səbəbləri müxtəlif ola bilər. Belə bir fikirlə Melburnda yerləşən Monaşa Universitetinin mütəxəssisləri çıxış edib.

Tədqiqatın ilk mərhələsində alimlər müxtəlif ölkələrdən olan, 60 yaşdan yuxarı 50 min insan haqda məlumat toplayıb.

Qeydə alınmış insanların təxminən üçdə biri, üç il ərzində sağlamlığını və fiziki durumunu müsbətə dəyişə bilmişdir. Mütəxəssislər yaşlı dövrdə taqətsizliyi qaçılmaz hesab etmir.

Daha sonra alimlər bu prosesinin baş vermə səbəblərini öyrənmək üçün 120 min insanın həyat fəaliyyətini nəzarətdə saxlamışdır. Müşahidə nəticəsində, qocalıq və bir çox başqa faktorlar arasında asılılıq təyin edilmişdir.

Qadınların kişilərə nisbətən qocalıq taqətsizliyindən daha çox əziyyət çəkməsi qeyd edilir. Alimlərin fikrinə görə, burada həyat tərzini əsas faktor kimi qeyd edilir və fiziki aktivliyin olmaması bunun əsas amillərindən ola bilər.