Ronaldunun iki milyonluq avtomobili qəzaya düşdü


Dünya 20 İyn 2022 23:30:00 131 0

Ronaldunun iki milyonluq avtomobili qəzaya düşdü

Portuqaliyalı futbolçu Kriştianu Ronalduya məxsus "Bugatti Veyron" markalı avtomobil qəzaya düşüb.

Son.az oxu.az-a istinadən bildirir ki, lüks avtomobil İspaniyanın şərq sahilindəki Sa Koma kurortunda evin divarına çırpılıb. Maşını idarə edən "Mançester Yunayted"in hücumçusu deyil, onun köməkçisi olub. Adı açıqlanmayan sürücü xəsarət almayıb.

Ronalduya gəlincə, onun ailəsilə birgə hazırda İspaniyanın Mayorka adasında olduğu, dünən böyük oğlunun ad gününü qeyd etdiyi bildirilib.