Ukrayna müharibədə həlak olan hərbçilərinin sayını açıqlayıb


Dünya 20 İyn 2022 23:34:00 195 0

Ukrayna müharibədə həlak olan hərbçilərinin sayını açıqlayıb

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən bəri Ukrayna ordusunun 10 minə yaxın hərbçisi həlak olub, 30 minə yaxını yaralanıb.

Son.az "report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, həmçinin qeyd edib ki, yaralı əsgərlərin təxminən 96-98 faizi yenidən ordu sıralarına qayıdır.