Xarkovun atəşə tutulması nəticəsində 3 nəfər həlak olub


Dünya 20 İyn 2022 23:54:00 154 0

Xarkovun atəşə tutulması nəticəsində 3 nəfər həlak olub

Rusiya ordusu Xarkov vilayətini atəşə tutmağı intensivləşdirib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov "Telegram"da məlumat verib.

Hadisə nəticəsində gün ərzində üç nəfər ölüb.

"Son günlər Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə uğur qazana bilməyən ruslar rayon mərkəzini və digər yaşayış məntəqələrini atəşə tutmağı intensivləşdirib. Xarkovun Kiyevski, Şevçenkovski, Saltovski və Sənaye rayonlarına MLRS sistemləri ilə zərbələr endirilir. Təhsil müəssisələrinə zərbə endirilib. Təəssüf ki, dinc sakinlər həlak olur və yaralanır. Məhz bu gün ərzində 3 nəfər dünyasını dəyişib", - deyə məlumatda deyilir.

Qeyd olunur ki, rus qoşunları Çuqev, Lozova, Zoloçiv və Derqaçov icmalarına hücumlarını davam etdirir.