"Zelenski ilə həftədə üçdörd dəfə danışıram" Bayden


Dünya 20 İyn 2022 23:05:00 155 0

"Zelenski ilə həftədə üçdörd dəfə danışıram"  Bayden

ABŞ prezidenti Cozef Bayden yaxın vaxtlarda Almaniya, İsrail, İspaniya və Səudiyyə Ərəbistanına səfər edəcək.

Son.az "report"a istinadən bildirir ki, bu barədə Ağ Ev lideri jurnalistlərə açıqlamasında deyib.

Amerika liderindən Ukraynaya səfər edəcəyi ilə bağlı ünvanlanan suala belə cavab verib: "Şəraitdən asılıdır. Bu Ukrayna üçün əlavə çətinliklər yaradıb-yaratmayacağına, baş verənlərdən diqqəti yayındırmayacağına dair bir çox hallardan aslıdır. Amma mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüm, onunla həftədə üç-dörd dəfə danışıram".