"Nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram" Baş nazir


Dünya 20 İyn 2022 23:15:00 140 0

"Nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram"  Baş nazir

"Nə Ukraynaya, nə də Moldovaya paxıllıq edirəm".

Son.az oxu.az-a istinadən bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Komissiyasının Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edən qərarını şərh edərkən deyib.

"Biz yaxşı bilirik ki, Ukrayna çətin vəziyyətdədir, ərazisinin 20%-i artıq itirilib və müharibə davam edir. Moldova da çox çətin vəziyyətdədir. Moldova müharibədən ilk əziyyət çəkənlərdən olub. Ona görə də mən həqiqətən nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram", - Qaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, Ukraynaya bu status müharibə şəraitində olduğuna görə verilib.