"Silk Way West Airlines" onillik uğurunu qeyd edir


Digərləri 20 İyn 2022 20:35:00 100 0

"Silk Way West Airlines" onillik uğurunu qeyd edir

Silk Way West Airlines onillik uğurunu qeyd edir 

Silk Way Group-un üzvü, müntəzəm və çarter reysləri vasitəsilə dünya miqyasında xidmət göstərən və Avropada aparıcı yükdaşıyıcılarından biri olan Silk Way West Airlines onuncu ildönümünü qeyd edir.

Silk Way West Airlines Azərbaycanın iqtisadiyyatında və regional liderliyində mühüm rol oynayır. Gənc şirkət öz potensialını ilk gündən nümayiş etdirdi. Aviaşirkətin ilk reysi 2012-ci ilin iyul ayında Bakı-Frankfurt-Han marşrutu üzrə Boeing 747 - 400F yük təyyarəsi  vasitəsilə həyata keçirilib.  

Bu gün Silk Way West Airlines yükdaşımanın bir çox sahələrində effektiv həllər təklif edir. Şirkətin heyəti hazırda IATA və IOSA sertifikatları ilə təsdiq edilmiş dəyərli bilik və təcrübəyə malik 1000-dən çox mütəxəssisdən ibarətdir.

Beynəlxalq hava daşımaları bazarında artan tələbatı ödəmək üçün Silk Way West Airlines MDB ölkələri, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Avropa və Amerikada aparıcı rolunu gücləndirmək üçün öz donanmasını və qlobal marşrut şəbəkəsini daha da genişləndirmək niyyətindədir.

Genişlənmə strategiyası çərçivəsində aviaşirkət Şərq ilə Qərbi birləşdirən, unikal çoğrafi mövqeyə malik, habelə dünya standartlarına uyğun çeviklik və keyfiyyətli xidmət nümayiş edən Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən yükdaşıma qovşağını inkişaf etdirərək, müştərilərin gözləntilərini qarşılamağı planlaşdırır.