"Hər il dəvət edirlər ki, “gəlin sizi aparaq Bodruma”


Şou-biznes 20 İyn 2022 20:37:00 94 0

"Hər il dəvət edirlər ki, “gəlin sizi aparaq Bodruma”

"Mənim üçün istirahət ailəmdəki hüzur, uşaqlarımın, nəvələrimin salamat olması, onların xoş güzəranıdır. Mən bu güzərana kənardan da baxsam, içində də olsam onları xoşbəxt görməyim mənim üçün ən gözəl istirahətdir. O ki, qaldı hardasa istirahət etməyə... Bacım qızı Türkiyədə yaşayır, ailəlidir. Hər il məni dəvət edirlər ki, "gəlin sizi aparaq Bodruma, Antalyaya". Deyirəm ki, vallah, istəmirəm, xoşlamıram. Mən evdə olmağı sevirəm. Xüsusilə də yeni evə köçmüşük, evdə təmir işləri gedir. Hər dəfə təmir bitəndə sevinirəm, istirahət edirəm (gülür). Yay tətilində harasa istirahətə getməyim böyük sual altındadır".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən müğənni Nisə Qasımova deyib. O daha sonra "Sizin üçün sənətin zirvəsi varmı?" sualına belə cavab verib. "Mənim yadıma gəlmir ki, özümə hər-hansısa ad qoyum, "mən sənətkaram" deyim. Əvvəla bu sözdən utanıram, çünki insana bu adı, "sənətkarsan" sözünü tamaşaçılar, dinləyicilər deməlidir. Çünki ömür boyu bizə tamaşaçılar qiymət verib, alqışlayıb, yüksəklərə qaldırıb. Biz tamaşaçıların sayəsində məsuliyyətli olmuşuq. Özümə sənətkar deməyim mənə qəribə gəlir. Mən müğənniyəm, Allah mənə bu səsi, qabiliyyəti bəxş edib, sağlamlıq verib, bu mənə kifayətdir. Mən indiki özünə sənətkar deyən, özündən razı olan müğənnilərin meyarları ilə yaşamamışam, yaşamıram da. Fikirləşirəm ki, mənim mövqeyim düzgündür, sağlamdır. Mən hər hansı zirvə haqqında düşünmürəm, əgər zirvə axtarırsınızsa adım, soyadım kifayətdir. Məni elan edəndə ki, "Çıxış edir, Nisə xanım Qasımova" bu mənim üçün hər şeydir. Tamaşaçıların gözündə sən müəyyən bir zirvədə, pillədə olursan. "Mən zirvədəyəm", "mən yüksəklərdəyəm" deyə bilmərik, bu absurd məsələdir. Sənət adamı hər zaman sənəti haqda düşünməlidir, zirvə haqqında yox. Zirvə bir dənə olur, o Allaha məxsusdur. Biz bəndələrik, macizanə qullarıq. Mənim üçün insanlıq, həyatdakı mövqeyimi, sənətdəki janrımı, xanımlığımı itirməmək, səviyyəmi aşağı düşməyə qoymamaq daha maraqlıdır nəinki zirvələrdə olmaq" deyə sənətkar bildirib.

Sevilən sənətkar yeni mahnılarını təqdim edə bilməməyinin səbəblərini də bizə açıqlayıb.

"Bir müddət bundan əvvəl mən söz vermişdim ki, efirlərdə yeni mahnılarımla tamaşaçıların görüşünə gələcəyəm. Müəyyən səbəblərdən bu alınmadı. Bəzi aranjmançılar müğənnilərlə haqsız, yersiz mübahisəyə girəndə o iş alınmır. Mən elə bir müğənniyəm ki, bəyəndiyim, istədiyim mahnını, onun quruluşunu, mahiyyətini özüm daha yaxşı bilirəm, nəinki aranjmançı. Düşünürəm ki, həmin mahnının bütün ahəngini, mənzərəsini özüm daha yaxşı izah edərəm, istədiyim aranjmanı arajmançıdan ala bilərəm. Onun üçün də hələ bir az gözləyirəm. Çünki bəzi aranjmançılara mahnı təklif etmişəm, aranjmanları xoşuma gəlməyib. Biri deyir ki, "siz bilmirsiniz, indi bu şeylər dəbdə deyil, indi filan mahnıları oxuyurlar, filan mahnılar dəbdədir". Mənə belə gəlir ki, nəyinsə xətrinə, necə gəldi mahnı oxumaq olmaz. Ona görə hələ ki, yeni mahnılarım yoxdur. Planda, nəzərdə var, amma aranjmanları hələ ki, ərsəyə gəlməyib", - deyə sənətkar bildirib.

"Silk Way West Airlines" onillik uğurunu qeyd edir like
  • 20 İyn 20:35  
Digərləri "Silk Way West Airlines" onillik uğurunu qeyd edir

Silk Way West Airlines onillik uğurunu qeyd edir 

arrow Ətraflı
"İranla mədəni əlaqələr daha da inkişaf edəcək" like
  • 20 İyn 20:32  
Kriminal "İranla mədəni əlaqələr daha da inkişaf edəcək"

Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, mə

arrow Ətraflı
“Ruhlar şəhəri”nə yenidən ruh verilir  VİDEO like
  • 20 İyn 20:15  
Digərləri “Ruhlar şəhəri”nə yenidən ruh verilir VİDEO

Ağdam rayonun baş planı hazır olandan sonra burada geniş tikinti-quruculuq

arrow Ətraflı
Bu məmurun maaşı 3500 manata qaldırılır like
  • 20 İyn 20:08  
Digərləri Bu məmurun maaşı 3500 manata qaldırılır

İnsan Hüquqları üzrə Müvəkkilin maaşı artırılır.

arrow Ətraflı
Bu il hovuzlu bağ evlərinin kirayəsi neçəyədir?  VİDEO like
  • 20 İyn 20:00  
Digərləri Bu il hovuzlu bağ evlərinin kirayəsi neçəyədir? VİDEO

Kirayə verilən dənizkənarı, hovuzlu bağ evlərinə maraq nisbətən azalı

arrow Ətraflı
Xalq artistindən gəlini ilə bağlı paylaşım  FOTO like
  • 20 İyn 19:52  
Şou-biznes Xalq artistindən gəlini ilə bağlı paylaşım FOTO

"Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov gəlini F

arrow Ətraflı
DTX bu qurumda əməliyyat keçirdi like
  • 20 İyn 19:48  
Digərləri DTX bu qurumda əməliyyat keçirdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.

arrow Ətraflı
TikTokdakı fırıldaqçılar  Falçılar insanları belə aldadırlar like
  • 20 İyn 19:45  
Digərləri TikTokdakı fırıldaqçılar Falçılar insanları belə aldadırlar

Son zamanlarda sosial şəbəkələrdə insanları müəyyən üsullarla aldadı

arrow Ətraflı
Qısa zamanda təmin edilsin  DİMdən müraciət like
  • 20 İyn 19:40  
Digərləri Qısa zamanda təmin edilsin DİMdən müraciət

DİM ümumtəhsil müəssisələrinə müraciət edib

arrow Ətraflı
Oğlundan Zamiqə Atalar günü təbriki  VİDEO like
  • 20 İyn 19:30  
Şou-biznes Oğlundan Zamiqə Atalar günü təbriki VİDEO

Müğənni Zamiq Hüseynov oğlu Zeynlə görüntüsünü yayımlayıb. 

arrow Ətraflı
“Tutanxamonun lənəti”nin sirri açıldı like
  • 20 İyn 19:22  
Digərləri “Tutanxamonun lənəti”nin sirri açıldı

Misirşünaslar firon "Tutanxamonun lənəti" ilə bağlı şayiələr

arrow Ətraflı
Milli Məclisdə BMTnin Əhali Fondunun Türkiyə təmsilçisi ilə görüş keçirilib  FOTO like
  • 20 İyn 19:18  
Siyasət Milli Məclisdə BMTnin Əhali Fondunun Türkiyə təmsilçisi ilə görüş keçirilib FOTO

İyunun 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsin

arrow Ətraflı
Minarəsi samovar şəklində məscid inşa edildi  FOTO like
  • 20 İyn 19:15  
Digərləri Minarəsi samovar şəklində məscid inşa edildi FOTO

Giresunda minarəsi samovar şəklində olan Yaşıl Məscidin inşası tamamlan

arrow Ətraflı