İraqda 13 nəfərdə vəba aşkarlandı


Dünya 20 İyn 2022 20:45:00 116 0

İraqda 13 nəfərdə vəba aşkarlandı

İraqda 13 nəfərdə vəba xəstəliyi aşkar olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin səhiyyə qurumları açıqlayıb.

Məlumata görə, yoluxma hallarının 10-u Süleymaniyyə vilayətində, 1-i Kərkükdə, 2-si isə Müsənnədə qeydə alınıb.

Daha 56 nəfərdən analiz götürülərək paytaxt Bağdadda mərkəzi laboratoriyaya göndərilib.

Ölkədə vəbadan hələ ki ölüm halı qeydə alınmayıb.