Burakla görüşə 7500 manat ödənilməsinə federasiyadan REAKSİYA


Digərləri 20 İyn 2022 21:32:00 168 0

Burakla görüşə 7500 manat ödənilməsinə federasiyadan REAKSİYA

Türkiyəli məşhur aktyor Burak Özçivitin Sərhədçi İdman Olimpiya Mərkəzində iştirak edəcəyi "QARABAĞ - zəfər gecəsi" adlı kikboksinq turnirinin biletlərinin qiyməti müzakirələrə səbəb olub.

Son.az bildirir ki, Azərbaycan Kikboksinq Federasiyasının mətbuat katibi Səbuhi Musayev teleqraf.com-a açıqlamasında biletin qiymətlətinin təşkilatçıya aid olduğunu deyib.

"Kikboksinq turnirinə təşkilatçılığı federasiya deyil, Türkiyə şirkəti həyata keçirir. Aktyor Burak Özçivitin dəvət edilməsi şirkət tərəfindən həyata keçirilir. Bilet məsələrinin federasiyaya aiddiyatı yoxdur", - o bildirib.

Qeyd edək ki, tədbirə biletləri qiyməti 20 manatdan 7500 manatadəkdir.