"Mən Səidə olaraq gözləyirdim ki..."


Şou-biznes 20 İyn 2022 21:38:00 139 0

"Mən Səidə olaraq gözləyirdim ki..."

"Bizdən sonra gələn müğənnilər ancaq "rakkaçıkı", "naynanay" oxuyurlar.  Bu, Azərbaycan musiqisinə nə verəcək? Siz elə bilirsiz milyonlarla baxış yığmaq o deməkdir ki, mahnı yaxşıdır?"

Son.az oxu.az-a istinadən bildirir ki, bu sözləri müğənni Səidə Sultan MTV-də yayımlanan "Tarixin bir günü" verilişində qonaq olarkən deyib.

İfaçı yeni nəslin ifalarına qulaq asarkən utandığını vurğulayıb.

"Azərbaycan musiqisi zay günündədir. Mən Səidə olaraq gözləyirdim ki, məndən sonra gələn müğənnilər xaricə çıxacaq, Avropada tək başına özlərini tanıdacaq. Biz əksinə 30 il daha da geriyə getdik", - deyə S.Sultan əlavə edib.