Bakıda zəncirvari qəza, xəsarət alan var FOTO


Digərləri 20 İyn 2022 21:05:00 144 0

Bakıda zəncirvari qəza, xəsarət alan var  FOTO

Bakıda üç maşının toqquşması ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində, Türkiyə Səfirliyinin qarşısında qeydə alınıb.

Qəza zamanı sürücülərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.