Valyuta dəyişmə məntəqəsinə pulu verdi, kassir götürüb qaçdı


Dünya 20 İyn 2022 19:37:00 238 0

Valyuta dəyişmə məntəqəsinə pulu verdi, kassir götürüb qaçdı

Moskvada valyutadəyişmə məntəqələrinin birində növbəti oğurluq hadisəsi baş verib. Kassir sərfəli məzənnə ilə dollara dəyişmək qərarına gələn quru meyvə satıcısından 18 milyon rubl oğurlayıb.

Son.az bildirir ki, bu barədə SHOT telegram kanalı yazır.

27 yaşlı sahibkar Narimon internetdə Sülh prospektindəki valyuta dəyişmə məntəqəsində əlverişli məzənnə ilə bağlı məlumat tapıb, pulu götürüb ora gedib. O, kassada əyləşən qıza 300 min dollar almaq istədiyini deyib, bundan sonra işçi pulu götürüb və hər şeyi iki dəfə yoxlamalı və arxa otaqda olan aparatda hesablamalı olduğunu bildirib.

Adam əməkdaşın uzun müddət geri qayıtmamasından narahat olmağa başlayanda binanı gəzib həyətə açılan qapını görüb. İndi polis qadın kassiri axtarır.