Bu il hovuzlu bağ evlərinin kirayəsi neçəyədir? VİDEO


Digərləri 20 İyn 2022 20:00:00 145 0

Bu il hovuzlu bağ evlərinin kirayəsi neçəyədir?  VİDEO

Kirayə verilən dənizkənarı, hovuzlu bağ evlərinə maraq nisbətən azalıb. Bu isə qiymətlərin ucuzlaşmasına səbəb olub.  Əvvəlki illərlə müqayisədə hazırda  hovuzlu bağ evlərinin qiymətində  3-4 min manat enmə müşahidə   olunur. Hazırda müştərilərə 1500 manata da ev təklif olunur.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq indi bağ evlərinin kirayə qiymətləri aşağıdır.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, pandemiya qaydalarının yumşaldılmasından sonra belə mənzərə yaranıb.

Rieltor Həşim Qədirovun sözlərinə görə qiymətlərin düşməsinin əsas səbəbi tələbin az olmasıdır. Çünki bağ sahibləri kirayə qalacaq şəxslə müqavilə bağlayıb 3-4 aylıq ödənişi əvvəldən tələb etdiyi üçün belə evlərə maraq azaldıb. Amma qiymətlərə təsir edən başqa amillər də var.

Hazırda qiymətlərdə artım olmadığından növbəti aylarda da ciddi dəyişiklikliyin olacağı proqnozlaşdırılmır.