“Ruhlar şəhəri”nə yenidən ruh verilir VİDEO


Digərləri 20 İyn 2022 20:15:00 125 0

“Ruhlar şəhəri”nə yenidən ruh verilir  VİDEO

Ağdam rayonun baş planı hazır olandan sonra burada geniş tikinti-quruculuq işləri həyata keçirilir. Hazırda ağdam şəhərində çoxmərtəbəli yaşayış binaları və məktəb tikilir. Şəhərdəki cümə məscidi, eləcə də qiyaslı kənd məscidi bərpa edilir. Yaxın zamanlarda xəstəxananın inşasına start veriləcək. 

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, yeni yaşayış binaları və məktəb tikilir, məscid bərpa edilir. Görüntülər işğaldan azad edilən Ağdam şəhərindəndir.

Şəhərdə inşa edilən 960 şagird yerlik 1 saylı məktəb binasının ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulub. İki hektar ərazidə tikilən üçmərtəbəli məktəb üç blokdan ibarət olacaq. 

İnşası davam edən altımərtəbəli yaşayış binasının sakinləri üçün müvafiq infrastruktur yaradılır. Yaxın zamanda xəstəxananın inşasına start veriləcək. 

Şəhərdə tarixi, mədəni və dini abidələrin restavrasiyası da aparılır. 

Millət vəkili Aqil Abbas görülən işlərin miqyasına diqqət çəkib

Qeyd edək ki, tikinti-quruculuq işləri minaların təmizlənməsi ilə paralel aparılır.