Altı yaşlı uşaqdan nənəsi hamamda olarkən gözlənilməz hərəkət VİDEO


Digərləri 20 İyn 2022 17:45:00 114 0

Altı yaşlı uşaqdan nənəsi hamamda olarkən gözlənilməz hərəkət  VİDEO

Altı yaşlı uşaq nənəsi hamamda olarkən Rusiyanın Ufa şəhərinin Ferin küçəsindəki yaşayış binasının beşinci mərtəbəsində pəncərəni açaraq, karnizə çıxıb. Xoşbəxtlikdən o, xəsarət almayıb.

Son.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə şəhərin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Sosial şəbəkələrdə köynək və şortikli oğlanın pəncərənin kənarında dayandığını əks etdirən video yayılıb. Eyni zamanda uşaq oynayır, pəncərəni açır, sonra örtür və bir anda aşağı baxır.

"Ufada uşaq pəncərənin kənarı ilə gəzirdi. Lakin bu barədə xilasedicilərə heç kim məlumat verməyib. Bu gün onlar sosial şəbəkələrdən və mediadan ola biləcək insidentdən xəbər tutublar", - deyə məlumatda bildirilir.

Məlumatı yoxlamaq üçün xilasedicilər və polis bu ünvana gedib. Onlar pəncərədə və onun altında heç kim tapmadılar.