Beynəlxalq Muğam Mərkəzi bu səfirliklə memorandum imzaladı
Kriminal 20 İyn 2022 15:00:00 114 0
Beynəlxalq Muğam Mərkəzi və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyi arasında mədəni əməkdaşlıq sahəsində memorandum imzalanıb. Memorandumu BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov və Braziliya Federativ Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Manuel Monteneqro imzalayıb.
Bu xəbəri də oxu: Səmaya yaxın: Rüfət İsmayılın kolleksiyası Bakının ən yüksək nöqtələrindən birində təqdim edildi FOTO
Direktor Murad Hüseynov memorandumun mədəni əməkdaşlıqda mühüm töhfə olacağına əminliyini ifadə edib. Diqqətə çatdırıb ki, bu günə kimi BMM-nin səhnəsində bir neçə dəfə braziliyalı musiqiçilərin konsertləri təşkil edilib. Ötən ilin dekabr ayında pandemiyadan sonra, dekabr ayında "Rioda bir gecə" adlı konsert proqramı BMM səhnəsindən şəhərimizin sakinləri və qonaqlara Cənubi Amerika ab-havalı musiqi axşamı bəxş etmişdi. Həmçinin Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Muğam aləmi" adlı Beynəlxalq Muğam Festivalında , Ənənəvi Bakı Caz Festivallarında da braziliyalı musiqiçilər səhnəmizin qonağı olublar. Memorandum Azərbaycanlı muğam ifaçılarının Braziliyada braziliyalı musiqiçilərin isə Azərbaycanda milli musiqi ənənələrinin təbliğinə yeni imkanlar yaradacaq. İncəsənət fərqli mədəniyyətlərin dialoqunu yaradır. Musiqiçilər isə bu dialoqun ən gözəl nümunələrini təqdim edirlər.
Səfir Manuel Monteneqro bildirdi ki, Braziliya və Azərbaycan coğrafi olaraq məsafələrdə yerləşsələr də, mədəniyyət baxımından müəyyən yaxınlıqlar xalqları birləşdirir. Azərbaycan və Braziliyanın tarixi köklərə söykənən musiqisi var. Qarşılıqlı olaraq bu tarixin təbliğinə töhfəmizi verməkdən məmnunuq. Qeyd edək ki, BMM və Braziliyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə iyun ayının 27-də BMM-də Braziliyanın populyar "Choronas" instrumental musiqi qrupunun konsertinin keçiriləcək. 1994-cü ildə San-Paulu musiqiçiləri tərəfindən yaradılan ansambl bu günə kimi dünyanın bir çox səhnələrində konsert proqramı ilə çıxışlar edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına gö

Şuşa ilinə həsr olunmuş "Akvarel performansı" açıq havada - X

Bərdə rayonunda barama tədarükünə start verilib. Bu il yaş baramanın qiy

Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa-Poylu-Gürcüstanla dövlə

Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Əvəz Şıxməmmədovun (Hafi

SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçovun böyrəklərində proble

Tələbələrdən 3-5 min manat rüşvət tələb etməkdə ittiham olunan BDU-n

"Azərbaycan Hava Yolları" aviaşirkəti 2022-ci ilin yay mövsümü

Tezliklə çoxlu ailələr təxminən 30 il əvvəl Qarabağ və ətraf bölgəl

Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsi elan edib

"CinemaPlus Amburan Mall" premium kinoteatrında, açıq səma altınd

Hacıkənddə hər kəsi təəccübləndirən hadisə baş verib.

Xalq artisti Bilal Əliyev də TikTok istifadəçisi olub.

"Rossiya 1" telekanalında "Vesti nedeli" proqramının efir

Respublika ərazisində yerləşən çimərliklərin 2022-ci ilin yay mövsümü
