Dünyada ərzaq qiymətləri yanvarmay aylarında 18 faiz artıb


Digərləri 20 İyn 2022 14:52:00 176 0

Dünyada ərzaq qiymətləri yanvarmay aylarında 18 faiz artıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq qiymətləri bu ilin yanvar-may aylarında 18 %, son 1 ildə isə 23 %-ə yaxın artıb ki, bu da ən yüksək göstəricidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

S.Həsənova vurğulayıb ki, pandemiyanın təsiri nəticəsində qlobal istehlak logistika zəncirində sınmaların hələ də qalması, xüsusilə son aylar Rusiya və Ukrayna arasında baş verən münaqişə nəticəsində müşahidə olunan təklif şokları və enerji daşıyıcılarının bahalaşması dünyada ərzaq qiymətlərinin artmasına gətirib çıxarıb.

"Tərəfdaş ölkələrdə həyata keçirilən siyasət, bir sıra məhsulların ixracına qadağalar, tarif və rüsumlar ərzaq qiymətlərinin artmasına təsir edən səbəblər sırasındadır".