Uşaq karuselinə minən körpə barmağının bir hissəsini itirib


Dünya 20 İyn 2022 11:52:00 111 0

Uşaq karuselinə minən körpə barmağının bir hissəsini itirib

Samara vilayətində bir yaş yarımlıq qızın barmağının bir hissəsi kəsilib.

Son.az Rusiya mətbuatına istinadən bildirir ki, Samara vilayətinin Poxvistnevo şəhərində yaş yarımlıq qız təzə təmir edilmiş uşaq karuselinə minərkən xəsarət alıb. Quraşdırma zamanı mütəxəssislər dairənin mərkəzindəki dəliyi bağlamadılar və körpə barmağının bir hissəsini itirdi. Uşağın anası baş verənlərlə bağlı sosial şəbəkədə danışıb.

"İdarəetmə şirkətinin açıq-aşkar səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından qızım əziyyət çəkdi. Səhər təmirdən sonra gətirilən karuseli quraşdırdılar. Ancaq nədənsə üst qapağı bağlamağı unudublar. Qızımın barmağı ilişib. Digər uşaqlar karuseli kəskin şəkildə fırladırlar və uşağımın sağ əlinin orta barmağının ucu kəsildi", - "VKontakte" sosial şəbəkəsində qadın yazıb.

Qız dırnağını və barmağın bir hissəsini itirib. Həkimlər ona lazımi köməklik göstərib, əlini sarıyıblar. İndi körpənin sağlamlığı üçün təhlükə yoxdur. Ana idarəetmə şirkətini polisə şikayət etmək niyyətindədir. Yerli sakinlərin sözlərinə görə, karusel hələ də təmir olunmayıb.