Dünyada koronavirusa yoluxma hallarında


Dünya 20 İyn 2022 08:04:00 172 0

Dünyada koronavirusa yoluxma hallarında

Bu həftə dünyada koronavirusa yeni yoluxma hallarının sayı 3,4 milyonu ötüb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 300 min nəfər çoxdur.

Trend "TASS"a istinadla xəbər verir ki, yoluxanların sayı may ayının sonundan bəri ilk dəfə olaraq artıb.

Bununla belə, ölüm nisbəti azalmaqda davam edir. Yeddi gündə 8,7 min insan COVID-19 səbəbiylə həyatını itirib, bu da keçən həftə ilə müqayisədə 900 nəfər azdır və 2020-ci ilin yazından bəri yeni minimumdur.