Cennifer Lopez qızının fərqli cinsi mənsubiyyətini açıqladı


Şou-biznes 20 İyn 2022 09:52:00 144 0

Cennifer Lopez qızının fərqli cinsi mənsubiyyətini açıqladı

Amerikalı aktrisa və pop müğənnisi Cennifer Lopez övladı ilə səhnəyə çıxaraq onun cinsi kimliyini açıqlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Los-Ancelesdə çıxış edən 52 yaşlı müğənni 14 yaşlı qızı Emmanı səhnədə onunla birlikdə çıxış etməyə dəvət edib.

Ulduz uşağa qeyri-binar şəxs (özünü iki cinsindən heç birinə aid etməyən şəxs) kimi müraciət edib.

Səhnəyə çıxan Emma əlində LGBT+ icmasının rəmzi sayılan göy qurşağı rəngli mikrofon tutaraq mahnı oxuyub.