Dünyada yeganə ağ "Ferrari Enzo" superkarı satışa çıxarılıb


Digərləri 20 İyn 2022 08:54:00 139 0

Dünyada yeganə ağ "Ferrari Enzo" superkarı satışa çıxarılıb

Dünyada yeganə ağ "Ferrari Enzo" superkarı satışa çıxarılıb.

Trend xarici mediaya istinadla xəbər verir ki, avtomobil RM Sotheby's auksionunda satışa çıxarılıb.

Məlumata görə, 2002-2004-cü illərdə "Ferrari" şirkəti 400 ədəd "Enzo" markalı superkar istehsal edib. Onların əksəriyyəti brendin ənənəvi qırmızı rəngində istehsal edilib. Yalnız "Extracampionario" proqramı çərçivəsində 20 avtomobil xüsusi rəngdə olub.

Bunlarında içində bir avtomobil ağ rəngdə burxılıb və bu xüsusi avtomobil indi satışa çıxarılıb.

2012-ci ilin noyabrında avtomobil superkarın həqiqiliyini təsdiq edən "Ferrari Classicche" sertifikatı alıb.