"Telegram"ın pullu versiyası işə salınıb


Dünya 20 İyn 2022 08:18:00 131 0

"Telegram"ın pullu versiyası işə salınıb

"Telegram" messenceri istifadəçilərə əlavə funksiyalara giriş imkanı verən ödənişli "Premium" versiyanı işə salıb. Eyni zamanda, tətbiqin özü pulsuz olaraq qalacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə messencerin rəsmi saytında bildirilir.

Qeyd olunur ki, "Telegram"-a pullu abunə olduqdan sonra tətbiqdə demək olar ki, bütün limitlər ikiqat artır. Abunəçilər 4 GB-a qədər faylları yükləyə, faylları maksimum sürətlə endirə, unikal stikerlər və reaksiyalar göndərə, söhbətləri idarə etmək üçün əlavə alətlərdən istifadə edə və bir çox başqa üstünlüklər alacaq.

Eyni zamanda, tətbiqin təxminən on il ərzində görünən bütün funksiyaları pulsuz olaraq qalacaq.