Bu ölkədə görünməmiş istilər qeydə alınıb


Dünya 20 İyn 2022 08:29:00 142 0

Bu ölkədə görünməmiş istilər qeydə alınıb

Çexiyada təxminən üç yüz illik meteoroloji müşahidələr ərzində ən yüksək hava temperaturu bazar günü qeydə alınıb - 39 dərəcə.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çexiya Hidrometeorologiya İnstitutu məlumat yayıb.

Praqa yaxınlığındakı Rjej qəsəbəsində hava 39 dərəcəyə qədər isinib. Çexiyanın paytaxtında termometrin civə sütunu 36,9 dərəcəyə qalxıb ki, bu da rekord göstərici olub.

Ölkədə istilər, meteoroloqların məlumatına görə, yaxın günlərdə də davam edəcək. Sinoptiklər respublikada quraqlıq təhlükəsi barədə xəbərdarlıq edir.