Qəza tıxaca səbəb olub FOTO


Digərləri 20 İyn 2022 07:43:00 177 0

Qəza tıxaca səbəb olub  FOTO

Bakı-Sumqayıt şossesində tıxaca səbəb olan və 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şosenin Xırdalan qəbirstanlığının qarşısından keçən hissəsində qeydə alınıb. "Daewoo" markalı minik avtomobilinin sürücüsü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib. Avtomobil əvvəlcə yol kənarındakı maneəyə, sonra "Hyundai" markalı maşına çırpılıb. Qəza zamanı 1 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Yolda yaranan uzunmüddətli tıxac yaranıb. Əraziyə cəlb olunan Yol Patrul Xidmətinin əməkdaşlarının mçüdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.