Təyyarə havaya qalxdıqdan


Dünya 19 İyn 2022 23:04:00 180 0

Təyyarə havaya qalxdıqdan

Hindistanda göyərtəsində 185 sərnişin olan "Boinq B737-800" tipli təyyarə Patna şəhərindəki aeroportdan havaya qalxdıqdan dərhal sonra sol mühərrik alışaraq yanmağa başlayıb.

Son.az axar.az-a istinadən bildirir ki, təyyarənin pilotları dərhal qəza enişinə qərar veriblər. "SpiceJet" aviaşirkətinə məxsus təyyarə təhlükəsiz eniş edib və sərnişinlərdən heç biri xəsarət almayıb.

Şirkətin açıqlamasında deyilir ki, yanğına mühərrikin pərinə quş çırpılması səbəb olub.