Britaniya ordusuna yeni komandan gəldi:


Dünya 19 İyn 2022 23:06:00 156 0

Britaniya ordusuna yeni komandan gəldi:

Ukraynada konflikt davam etdiyi müddətdə Britaniya ordusu Avropada yenidən vuruşmağa hazırlaşmalıdır.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Britaniya ordusunun yeni komandanı general ser Patrik Sanders deyib.

"Hazırda müttəfiqlərimizlə birgə döyüşməyə və Rusiyaya qalib gəlməyə qadir ordunun qurulmasına ehtiyac var. Biz o nəsilik ki, ordunu Avropada yenidən vuruşmağa hazırlamalıyıq", - o bildirib.

Qeyd edək ki, Sanders bu vəzifədə general Mark Karleton Smiti əvəzləyib və dərhal tabeliyində olanlara qarşıda duran vəzifələrlə bağlı müraciət edib.