Sənin “Ya rəbb” deməyin elə Allahın sənə cavabıdır


Digərləri 19 İyn 2022 23:10:00 176 0

Sənin “Ya rəbb” deməyin elə Allahın sənə cavabıdır

Sənin "Ya rəbb" deməyin elə Allahın sənə cavabıdır - Mövlanədən düşündürcü bir təmsil

Qurani Kərimdə: "(Ya Rəsulum!) De: İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur." deyə buyurulur.

İmanı olan, Allaha inanan kəs daima qəlbinin dərinliklərində rəbbini çağırır, daima Onunla ünsiyyət qurur. Bu ünsiyyətdən qəlbi fərəh və sevinclə nurlanır.

Allah Təala Quranda məni çağıranın çağırışını cavabsız qoymaram deyə buyurur:

وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ

Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Allah Təala bu ayədə dua edin, mən də duanızı qəbul edim deyə buyurur. Məni çağırın sizə cavab verim deyə buyurur. Bu o deməkdir ki, Allah Təala heç kəsin çağırışını cavabsız buraxmır. Hər kəsə cavab verir. Amma müxtəlif şəkildə!

İnsanın istədiyi şəkildə yox, ona masləhəti və xeyri olan şəkildə!

Ustad Fatimi Niya bu mətləbi işıqlandıran, bu mətləbə aydınlıq gətirən gözəl bir təmsil qeyd edir. Ustad buyurur:

"Mövlanə belə bir təmsil nəql edir:

Bir gün bir cavan oturub dua edir: "Ya-rəbbi!"

Şeytan bir simada ona görüküb deyir: İndiyə kimi bu qədər Ya-rəbbi demisən nə faydası olub sənə?