Gözəllik qorunduqca, davamlı olur


Digərləri 19 İyn 2022 23:50:00 202 0

Gözəllik qorunduqca, davamlı olur

İnsan fitri olaraq gözəllik ardınca olar. Ona görə də hər cür çirkinliklərdən uzaq olmağa çalışar. Ancaq bu fitri və təbii meyil, bəzən unudulur. Çünki şeytani vəsvəsələr çirkin əməlləri insanın gözündə zinətləndirir.

"Və (xatırla) o zaman(ı) ki, şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi və "bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm" dedi". ("Ənfal" 48).

Şeytanın (lən) çirkin işlərindən biri də qadınları hicabdan uzaqlaşdırmaq istəməsidir. Hicabı qadınların gözündə qeyir-cazibədar qələmə verər və ona qarşı nifrət yaradar. Onlara təlqin edər ki, münasib olmayan geyimlərlə öz gözəlliklərini başqalarına göstərə bilsinlər. Halbuki, bu cür qadınlara ancaq nəfsi xəstə insanlar baxarlar.

İmam Əli (ə) buyurur: "Qadının qorunması onun salamatlığı üçün faydalıdır. Gözəlliyini daha davamlı edər".

Aydın olan şey budur ki, qadın ancaq hicab vasitəsilə qoruna bilər.