Diz ağrılarının asanlıqla aradan qaldırmağın yolları


Digərləri 19 İyn 2022 23:30:00 183 0

Diz ağrılarının asanlıqla aradan qaldırmağın yolları

İndi çoxları diz ağrılarından şikyət edir. Şikayətçilərin arasında bütün günü ayaqüstə dayanan adamlardan tutmuş, idmançılara qədər hamıya rast gəlmək olur. Diz ağrıları ən çox fiziki aktiv adamlarda rast gəlinən problemlərdən biridir. Belə ki, çətin idman hərəkətləri, ağır yük qaldırmaq diz oynağına güc salır və ağrıya səbəb olur. Sizlərə asan yolla fiziki aktivlik səbəbli dizlərdə əmələ gələn ağrı hissinin aradan qalxmasına yardım edən bir üsulu təqdim etmək istəyirəm. Bunun üçün aşağıdakılara əməl etmək lazımdır: 1. Əlinizə orta ölçüdə dəsmal alın və onu uzunluğu istiqamətində qatlayın. 2. Stulda oturun. 3. Dəsmalı dizinizin altına qoyun və onun dizin arxasına rahat yerləşdirin. 4. Ayağınızı qaldırın və dabanınızı qaldırıb stula qoyun. 5. Sonra hər iki əlinizlə dəsmalı tutun və dizinizi özünüzə doğru çəkin. 6. Sonra bu hərəkəti digər ayağınızla təkrarlayın.