Türkiyə və İsrail prezidentləri terrorla mübarizəni


Dünya 19 İyn 2022 21:07:00 133 0

Türkiyə və İsrail prezidentləri terrorla mübarizəni

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İshaq Hersoq ilə telefon danışığı aparıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Komunikasiya İdarəsindən bildiriblər.

Danışıqlar zamanı dövlət başçıları regional məsələlər, o cümlədən terrorizmlə mübarizə və təhlükəsizlik üzrə dialoqun davam etdirilməsi, həmçinin sülh və sabitlik naminə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Tərəflər ikitərəfli Türkiyə-İsrail münasibətlərinin vəziyyətini və regional məsələləri müzakirə ediblər.

İsrail prezidenti Ankaranın terrorla mübarizədə göstərdiyi səylərə görə türkiyəli həmkarına təşəkkür edib.