Baş ağrıları və miqren


Digərləri 19 İyn 2022 20:01:00 211 0

Baş ağrıları və miqren

Miqren və başqa səbəblərdən baş verən baş ağrıları insanın gündəlik əmək fəaliyyətinə mənfi təsir edir və iş keyfiyyətini aşağı salır. Baş ağrıları müxtəlif səbəblərdən meydana gələ bilir.Səbəblər arasında ən çox rast gəlinəni aşağıdakılardır: - yüksək təzyiq səbəbli əmələ gələn baş ağrıları - yorğunluq səbəbli əmələ gələn baş ağrıları - miqren Əmələ gəlmə səbəbləri fərqli olsa da baş ağrıları eyni dərəcədə şiddətli olur və insan həyatının keyfiyyətini aşağı salır.Baş ağrıları bir-neçə saat davam etdikdə isə xəstələrdə ürəkbulanma və qusma meydana çıxa bilir.Əmələ gəlmə səbəbindən asılı olaraq hər bir baş ağrısının özünəməxsus başlama forması vardır. Təzyiq səbəbli baş ağrıları Bu arterial təzyiqin yüksəldiyi zaman meydana çıxır.Ağrı zəif olaraq başlayır,dairəvi olaraq ağrayır.Bu zaman başın ön tərəfi,təpəsi və yanları ağrayır.Bu cür ağrılar adətən günortadan sonra meydana gəlir və təzyiqlə əlaqədar olur.Belə ağrıları ağrıkəsicilərlə sakitləşdirmək mümkün olmur.Xəstənin arterial təzyiqini diqqətə almaq və təzyiq salıcı dərman qəbul eləmək lazımdır.Təzyiq səbəbli baş ağrıları təzyiq normaya düşməyənə qədər sakitləşmir. Yörğunluq baş ağrıları Bu cür baş ağrılar həssas insanlarda və yorğunluq zamanı baş verir.Yorğunluq baş ağrılarının aradan qalxması üçün xəstəyə sakitlik verməli və onun yuxusunu nəzarətə almaq lazımdır.Adi sakitləşdiricilərlə və ya bir-neçə saat uzanıb dincəlməklə yorğunluq səbəbli əmələ gələn baş ağrılarını aradan qaldırmaq mümkündür. Miqren Miqren baş ağrıları özünü başın bir tərəfində meydana çıxan şiddətli ağrılarla biruzə verir.Baş ağrıları başlayan zaman xəstələr işığa,səsə və iyə qarşı həssas olurlar.Miqren baş ağrıları tutduqda xəstələrdə mədə turşuluğunun artması,qusma,abdominal ağrı,isti-soyuğa qarşı həssaslıq,solğun dəri simptomları meydana çıxır.Bu ağrılar 15 dəqiqədən- bir neçə saata qədər sürə bilir.Miqren ağrıları zamanı xəstələrin alın,almacıq,burun sümüklərinə də ağrılar əmələ gələ bilir.Miqren ağrıları zamanı ağrıkəsici dərmanlar xəstəliyi müalicə etməsə də ağrıları zəiflədir və miqren krizlərinin qarşısını alır.