"Nicat Lənkəranski" "Neon" şadlıq sarayında bu gün özünə


Digərləri 19 İyn 2022 20:24:00 125 0

"Nicat Lənkəranski" "Neon" şadlıq sarayında bu gün özünə

Bu gün kriminal aləmdə "Nicat Lənkəranski" kimi tanınan "Brilliyant Nicat"ın toy mərasimi keçiriləcək.

Son.az "Unikal"-a istinadən bildirir ki, toy mərasimi Bakıda "Neon" restoranında baş tutacaq.

"Nicat Lənkəranski"  mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın adamı kimi tanınır.  "Neon" restoranı isə R. Lənkəranskiyə məxsusdur.

Bir müddət öncə isə "Nicat Lənkəranski" özünə Lənkəran şəhərində yerləşən "Şah" restoranında da toy edib.

Qeyd edək ki, "Nicat Lənkəranski" boks üzrə dünya çempionudur.