Marixuana çəkib maşın sürən şəxs tutuldu


Digərləri 19 İyn 2022 16:30:00 153 0

Marixuana çəkib maşın sürən şəxs tutuldu

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, VAZ-21144 markalı avtomobilin sürücüsü, şəhər sakini Rəvan Şükürlü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.

Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.