“Britaniya qoşunları Avropada döyüşə hazır olmalıdır”


Dünya 19 İyn 2022 18:22:00 153 0

“Britaniya qoşunları Avropada döyüşə hazır olmalıdır”

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Patrik Sanders Böyük Britaniya qoşunlarının növbəti dəfə Avropada döyüşməyə hazır olmasını vacib sayıb.

Son.az APA-ya istinadən bildirir ki, Baş Qərargah rəisi postunda Mark Karleton Smiti əvəzləyən Patrik Sanders əsgərlərə Ukraynadakı müharibə fonunda yeni çağırışların yarandığını bildirib.

Patrik Sanders deyib ki, indi güclü ordu yaratmaq və müttəfiqlərlə birgə Rusiyaya qarşı döyüşərək qalib gəlməyə böyük tələbat var: "Bizim nəsil ordunu yenidən Avropada döyüşmək üçün hazırlamalıdır. Mən 1941-ci ildən sonra Avropada dövlətlərin iştirakı ilə müharibənin fonunda orduya komandanlığı qəbul edən ilk Baş Qərargah rəisiyəm. Rusiyanın Ukraynaya hücumu bizim qarşımızda məqsəd qoyur ki, Böyük Britaniyanı müdafiə edək, gələcəkdə döyüşməyə və quruda qalib gəlməyə hazır olaq".