Consonun Ukrayna ilə bağlı


Dünya 19 İyn 2022 17:15:00 187 0

Consonun Ukrayna ilə bağlı

Britaniya Qərb tərəfdaşlarına Rusiya ilə uzun sürən müharibə ilə bağlı bəyanatlar fonunda Ukraynaya dəstək strategiyası təklif edir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson "Sanday Tayms" qəzetindəki yazısında qeyd edib.

"Biz uzun sürən müharibəyə hazırlaşmalıyıq, çünki Putin Ukrayna qüvvələrini getdikcə daha çox məhv etməyə çalışaraq tükəndirmə kampaniyasına keçib. Böyük Britaniya və dostlarımız buna cavab verməli, Ukraynanın qalib gəlməsi üçün lazımi strateji resurslarla təmin etməlidirlər", - Conson bildirib.

Onun sözlərinə görə, bununla bağlı xərclərə və digər problemlərə baxmayaraq, Qərbin Ukraynanı dəstəkləməsinin əsas səbəbi Rusiyanın imperiya ambisiyaları və aqressiv planlarıdır:

"Hər şey Ukraynanın işğal olunmuş əraziləri geri almaq qabiliyyətini tez bir zamanda artırıb-artıra bilməyəcəyindən asılıdır, eyni zamanda ruslar yeni hücum üçün resurs toplayacaqlar. Bizim vəzifəmiz odur ki, vaxt bu vəziyyətdə Ukraynanın müttəfiqinə çevrilsin".

Conson bildirib ki, Ukraynanın müharibədə qələbəsi naminə müttəfiqlər aşağıdakıları etməlidirlər:

1. Ukrayna silah, sursat və texnika ilə təmin edilməlidir. Britaniya 120 gün ərzində 10 minə yaxın ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.