Tarkan ilk dəfə qızının üzünü göstərdi


Şou-biznes 19 İyn 2022 17:22:00 168 0

Tarkan ilk dəfə qızının üzünü göstərdi

Türkiyəli müğənni Tarkan ilk dəfə qızı Liyanın üzünü göstərib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, instaqramda birgə fotolarını izləyiciləriylə bölüşən sənətçi atalıq hisslərini belə ifadə edib:

"Ən qiymətlim, hər şeyim qızım... Səninlə birlikdə içimdəki uşağı yenidən böyütdüyümü, onu sevməyi yenidən öyrəndiyimi, varlığınla yaralarımın hər gün bir az da sağaldığını, əslində yenidən doğulduğumu bilirsən? Keçmişdə qaranlıqda qeyb olan ruhumun işığını səninlə yenidən gördüm. Atalıq nədir hələ yeni-yeni başa düşür və öyrənirəm. Arada ilişib yıxıldığımı, səhvlər etdiyimi, amma hər nəfəsimdə daha yaxşı ata olmaq üçün çalışıram, səy göstərirəm".

Qeyd edək ki, Tarkan 2017-ci ildə Pınar adlı xanımla ailə qurub. Bir il sonra cütlüyün Liya adlı qızları dünyaya gəlib. 

Son.az