Həbs olundu, oğlu dünyaya gələndə ağır xəstə yatdı


Kriminal 19 İyn 2022 15:07:00 157 0

Həbs olundu, oğlu dünyaya gələndə ağır xəstə yatdı

https://kulis.az/xeber/media/hebs-olundu-oglu-dunyaya-gelende-agir-xeste-yatdi-onu-ruhi-xestexanadan-kim-xilas-eledi-42639

Son.az Kulis.az-a istinadən Xalq artisti Rasim Balayev haqqında 10 maraqlı faktı təqdim edir.

Ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, 5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ona görə də valideynləri qərara gəlirlər ki, Rasimi 6 yaşından məktəbə göndərsinlər.

Rasim məktəb illərində ədəbiyyat müəllimi Nabat müəllimənin sayəsində ədəbiyyatı, sənəti sevdi:

"Nədənsə, mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi".

***

Üçüncü kursda oxuyanda bərk soyuqlayır. Qış sessiyası öncəsi rayona gedir ki, anası ona qulluq etsin. Ancaq soyuqdəyməsi keçmir. Rayonda bir dostu ilə Ağsu xəstəxanasına yollanırlar. Xəstəxananın həyətində bir gənc oğlanla dostunun sözü düz gəlmir, dalaşmalı olurlar. Rasim də, təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Bu dava isə həmin dövrdə xırda xuliqanlığa az qala terrorizm qədər cəza kəsildiyi dövrə təsadüf edir. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir.

Rasim həbsdəki günlərini danışır:

"100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə bütöv bir həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana həyatı göstərdi ki, əslində həyat nədir".

***

Rac Kapurun o vaxt bütün Sovet İttifaqına yayılan filmləri Rasimdə bu sənətə maraq oyatmışdı, bütün günü dostları üçün Rac Kapurun rollarını oynayardı.