Gəncədə qətl: "Dedi, mənə İmam Hüseyn icazə verib ki..."


Kriminal 19 İyn 2022 14:07:00 98 0

Gəncədə qətl: "Dedi, mənə İmam Hüseyn icazə verib ki..."

Gəncə şəhərində 1985-ci il təvəllüdlü Elçin Əliyev şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Ayxan Məmmədovu qətlə yetirib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, ötən il noyabrın 8-də Samux-Gəncə avtomobil yolunun kənarında Gəncə şəhər sakini Ayxan Məmmədov öldürülüb.

Müəyyən edilib ki, onu tanışı Elçin Əliyev bıçaqla qətlə yetirib.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nural Əliyevin sədrliyi ilə araşdırılıb.

"Xəstələr üçün narkotik satdığını bildirdi"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin bildirib ki, Ayxanı qonşu kimi tanıyıb: "Münasibətlərimiz normal olub. Hətta bir dəfə mərhumun avtomobilini təmir etdirmişəm. Bundan əlavə, ad gününü qeyd etmək üçün 50 manat məbləğində pul vermişəm. Hadisədən təxminən 1-2 gün əvvəl yaşadığım evin ətrafında küçədə Ayxanla rastlaşdım. Söhbət zamanı mənə xəstələr üçün dərman, yəni narkotik satdığını bildirdi. Mən ona etiraz etdim, insanların həyatını zəhərləyən işlərlə məşğul olmamağı məsləhət gördüm.

Ayxan isə hərəkətlərini davam etdirəcəyini və buna heç kəsin qarışa bilməyəcəyini bildirdi. Bunu eşidəndə onu yanımdan qovdum. "Bir də eşitsəm ki, bu işlərlə məşğulsan, məndən incimə" -dedim".

"Məni təhqir etməyə başladı"

Elçin deyib ki, bu zaman Ayxan onunla sağollaşaraq getmək istəyib: "Onun sağolunu qəbul etmədim, evimə doğru getdim. Ayxan da oradan uzaqlaşdı. Təxminən bir neçə dəqiqə sonra Ayxan istifadəmdə olan telefona zəng etdi. Zəngə cavab vermədim. Yenidən zəng edəndə nömrəm aylıq abunədi, onun konturu getməsin deyə geri zəng etdim.

Ayxan mənə telefonda 20 dəqiqəyə bir daha zəng vuracağını, yer təyin edərək görüşəcəyimizi və heç kəsin onun narkotik satmağına qadağa qoya bilməyəcəyini bildirdi. Mən ondan 20 dəqiqəni nə üçün gözlədiyini soruşdum, indi görüşməyi dedim. O, 20 dəqiqəyə yer barəsində xəbər edəcəyini söylədi. Mən də "gəl bayaq görüşdüyümüz yerdə gözləyirəm" dedim.

Ayxan telefonu üzümə qapatdıqda yenidən onu yığmağa çalışdım. Nəhayət, telefonu götürdü və mənə Samux yolunda görüşməyi təklif etdi. Mən də 20 dəqiqəni gözləmək lazım olmadığını, saat 21-dən sonra komendat saatının başlayacağını bildirdim. Ayxan yenidən mənimlə 20 dəqiqədən sonra görüşəcəyini deyərək, nalayiq ifadələrlə təhqir etməyə başladı".

"Başımın üzərindən atəş açdı"

Elçin qeyd edib ki, bundan sonra taksi fəaliyyəti ilə məşğul olan Orxanın avtomobilinə minib, Ayxanın evinə doğru gedib: "Ayxanın avtomobili evinin yanında idi. Orxan maşınını bir az aşağı, yəni stomatologiya ofisinin qarşısında saxladı. Avtomobildən düşüb Ayxangilin evinə doğru getdim. Bu vaxt Ayxan çiynində silah darvazanın qabağında dayanmışdı. Mən ona söhbət üçün kənara getməyi təklif etdim. O, "getmirəm" deyərək avtomobilinin qabaq istiqamətinə keçdi. Əlində olan silahdan başımın üzərindən atəş açdı.

İkinci patronu silahın xəzinəsinə qoymaq istəyərkən sursat Ayxanın əlindən su gölməçəsinə düşdü. Həmin vaxt atəşin səsinə Ayxangilin evinin sağ tərəfindən tanımadığım ortayaşlı bir qadın çıxdı. Mən həmin qadına narahat olmamağı dedim, səsin "vzrıvpaket"dən gəldiyini bildirdim, Orxanın maşınına əyləşərək evimə doğru getdim".

"Yenidən silahı tuşladı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, atəş açılarkən Orxan hadisənin şahidi olub:

"Daha sonra ara küçələrlə evə doğru getdim. Ayxanın öz avtomobili ilə bizi təqib etdiyini gördüm. Ayxan avtomobilin işıqları ilə bizim maşını saxlamağımızı işarə etdi. Maşından düşdüm, Ayxanı çağırdım. O, avtomobildən düşmədi, silahı mənə tuşladı. Orxanın avtomobilinə minərək getdim".

"İmam Hüseyndən icazə aldığını dedi"

Elçinin sözlərinə görə, ertəsi gün, yəni noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi gününü qeyd edib və bu zaman Fuad da onunla birlikdə olub: "Eminin avtomobili ilə İmamzadə kompleksinə ziyarətə getmək üçün onun da bizə qoşulmasını xahiş etdim. Şəhər ərazisində qələbə münasibəti ilə tıxac olduğundan, ara küçələrlə Ayxangilin evinin qarşısından keçməyə qərara gəldik.

Ayxanın darvazanın qabağında telefonla danışdığını gördüm. Bizə əl edərək, maşını saxlamağımızı istədi. Eminə "maşını saxla" dedim. Ayxan yaxınlaşaraq bizimlə görüşdü və fırlanaraq maşına əyləşdi. Onunla arxa oturacaqda oturdum.

Yolda əvvəlki gün olan söhbəti və etdiyi hərəkətləri onun yadına saldım, düzgün yola gəlməyi məsləhət gördüm. Ayxan cavabında mənə yaxşı etdiyini dedi. Sonra öz həyatından gileyənməyə başladı, əmisini, atasını təhqir etdi.

Mən Ayxandan atasını, əmisini təhqir etməməyi xahiş etdm. O da İmam Hüseyndən icazə aldığını və bu səbəblə təhqir etdiyini dedi..."

"Mənə zərbə endirmək istədi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Ayxandan bir gün əvvəl söylədiyi nalayiq ifadələrin və güllə atmasının yadında olub-olmamadığını soruşub: "Ayxan yadında olduğunu söylədi. Ondan bəlkə hallı, yəni narkotik sərxoşluğu vəziyyətində olub-olmadığını soruşdum. O, hazırda ayıq olduğunu dedi. Ayxandan hansı səbəbdən güllə atdığını soruşdum, məni öldürmək üçün belə etdiyini dedi. Ona ötən günki telefon danışığı zamanı istifadə etdiyi sözlərə görə cavab verməli olduğunu bildirdim.

İmamzadənin yanında düşmək istədikdə, Ayxan Emindən iki-üç dəfə qışqırtı ilə düz sürməyi tələb etdi, bir az irəli hərəkət etdikdən sonra isə avtomobili saxlatdırmaq istədi.

Eminə avtomobili saxlatdım. Ayxanla düşərək yolun kənarında olan arxa tərəfə çəkildik. Ayxandan yenidən bəlkə səhv etdiyini soruşdum. Cavabında "yaxşı etmişəm, səni güllələyəcəm" dedi. Mən özümdə olmayaraq Ayxana yumruq vurdum, o, arxa tərəfə yıxıldı.

Arxda olarkən Ayxanın əlində bıçaq gördüm. O, bıçağı ilə mənə qarşı irəliləyərək zərbə endirmək istədi. Bıçağı əlindən almaq istədim, əlim kəsildi".

"Əlimi və paltarımın qan içində olduğunu gördü"

Təqsirləndirilən şəxs deyib ki, Ayxanın əlindən bıçağı alıb,,ona zərbələr endirdib: "Neçə zərbə vurduğumu xatırlamıram. Arxda olarkən Fuad mənim əlimdən bıçağı alıb kənara atdı. Ancaq onun bıçağı hansı şəraitdə əlimdən aldığını da hazırda xatırlamıram.

Arxdan çıxaraq Emini səslədim, avtomobillə məni aparmasını tələb etdim. O, əlimin, paltarımın qan içində olduğunu gördü, qorxusundan dediklərimi etdi. Ayxan da arxdan çıxaraq yol boyu irəlilədi. Fuad ona kömək etməküçün getdi.

Eminlə birlikdə həmin yerdən uzaqlaşdıqdan sonra Dəliməmmədli tərəfdə maşından düşdüm, xatırlamadığım istiqamətdə getdim".

"Öldürmək niyyətim olmayıb"

Elçinin sözlərinə görə, həmin gün kənd tərəfdə tanımadığı mağazadan su alaraq paltarını təmizləyib: "Sonra Gəncə şəhərə gəldim. Gəzən söz-söhbətlərdən Ayxanın öldüyünü anladım. Bir müddət Gəncə şəhərində müxtəlif yerlərində oldum.

Sonra isə əməlindən peşman olaraq 11 noyabr 2020-ci il tarixdə özümü könüllü qaydada istintaqa təqdim etdim. Ayxanı öldürmək niyyətim olmayıb".

Elçin 17 il müddətinə azadlıqdan məhrum edilib.

Son.az 

Məşhur cütlüyün "həri"si oldu like
  • 19 İyn 14:00  
Şou-biznes Məşhur cütlüyün "həri"si oldu

Türkiyəli aktrisa Özge Gürellə aktyor Serkan Çayoğlu evlilik yolunda ilk

arrow Ətraflı
Qarabağda 2 764 şagird yerlik 4 məktəb tikilir like
  • 19 İyn 13:54  
Siyasət Qarabağda 2 764 şagird yerlik 4 məktəb tikilir

Qarabağda 2 764 şagird yerlik 4 məktəb tikilir

arrow Ətraflı
Baydenin milli təhlükəsizlik üzrə köməkçisi koronavirusa yoluxub like
  • 19 İyn 13:52  
Dünya Baydenin milli təhlükəsizlik üzrə köməkçisi koronavirusa yoluxub

ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan korona

arrow Ətraflı
Mövqelərimiz yenidən atəşə tutuldu like
  • 19 İyn 13:47  
Siyasət Mövqelərimiz yenidən atəşə tutuldu

İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölməl

arrow Ətraflı
“Whatsapp”da yeni funksiyalar istifadəyə verildi like
  • 19 İyn 13:45  
Digərləri “Whatsapp”da yeni funksiyalar istifadəyə verildi

"WhatsApp"ın tərtibatçıları bir sıra yenilikləri özündə cəm

arrow Ətraflı
Erməni işğalı zamanı torpaqlarımızda mədənitarixi abidələr məhv edilib like
  • 19 İyn 13:43  
Siyasət Erməni işğalı zamanı torpaqlarımızda mədənitarixi abidələr məhv edilib

Erməni işğalı zamanı torpaqlarımızda mədəni-tarixi abidələr dağıdı

arrow Ətraflı
ABŞda qəribə hadisə: Malqara kütləvi şəkildə qırıldı like
  • 19 İyn 13:37  
Dünya ABŞda qəribə hadisə: Malqara kütləvi şəkildə qırıldı

ABŞ-ın cənubunda mal-qara kütləvi şəkildə qırılıb.

arrow Ətraflı
Nahidə Orucova qolunu sındırdı like
  • 19 İyn 13:30  
Şou-biznes Nahidə Orucova qolunu sındırdı

Əməkdar artist Nahidə Orucovanın başına iş gəlib.

arrow Ətraflı
Türk PUAsı terrorçu lideri məhv etdi like
  • 19 İyn 13:22  
Dünya Türk PUAsı terrorçu lideri məhv etdi

İraqın şimalında, Süleymaniyyənin Kelar rayonunda türk PUA-sı vasitəsil

arrow Ətraflı
Gənc rejissora görə Kürdəxanı həbsxanasına getdi like
  • 19 İyn 13:07  
Kriminal Gənc rejissora görə Kürdəxanı həbsxanasına getdi

Son.az Kulis.az-a istinadən Xalq artisti Amaliya Pənahova haqqında maraqlı f

arrow Ətraflı
Türkiyə 9 terrorçunu zərərsizləşdirib like
  • 19 İyn 13:00  
Dünya Türkiyə 9 terrorçunu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror təşkilatının

arrow Ətraflı
IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya gəliblər like
  • 19 İyn 12:58  
Siyasət IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya gəliblər

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblə

arrow Ətraflı
Kraliça II Elizabetdən 70 ildən sonra bir ilk like
  • 19 İyn 12:52  
Dünya Kraliça II Elizabetdən 70 ildən sonra bir ilk

Böyük Britaniya kraliçası II Elizabet 70 ildən sonra ilk dəfə ənənəvi

arrow Ətraflı
Xarkov yenidən vurulacaq, diqqətli olmalıyıq like
  • 19 İyn 12:45  
Dünya Xarkov yenidən vurulacaq, diqqətli olmalıyıq

Yaxın gələcəkdə rus işğalçıları Xarkovu atəşə tutacaq.

arrow Ətraflı
FƏLAKƏT  Musson yağışları Hindistan və Banqladeşi cənginə alıb like
  • 19 İyn 12:37  
Dünya FƏLAKƏT Musson yağışları Hindistan və Banqladeşi cənginə alıb

Hindistan və Banqladeşdə başlayan musson yağışları həyatı iflic edib.

arrow Ətraflı