ABŞ Rusiyanı terrorçu dövlət kimi tanıya bilər


Dünya 19 İyn 2022 14:15:00 119 0

ABŞ Rusiyanı terrorçu dövlət kimi tanıya bilər

Gələn həftə ABŞ Senatı Rusiyanı terrorizmə himayədarlıq edən dövlət kimi tanıyan qətnaməyə baxa bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, əgər qərar müsbət olarsa, o, ABŞ Konqresinin Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.

Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi Ukrayna parlamentarilərindən ibarət nümayəndə heyəti ilə görüşü zamanı qətnaməni dəstəklədiyini bildirib.

Qeyd edək ki, qətnaməyə Senatdakı səsvermədən əvvəl, ilk olaraq Xarici Əlaqələr Komitəsində baxılacaq.