Gələn həftə havanın temperaturu yüksələcək


Digərləri 19 İyn 2022 14:22:00 140 0

Gələn həftə havanın temperaturu yüksələcək

"Artıq bir neçə gündür ki, İspaniya, Fransa və digər Avropa ölkələrində qeyri-adi istilər müşahidə edilir. Havanın temperaturu 40 dərəcə yüksəlib".

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Umayra Tağıyeva deyib ki, bu cür istilərin bizim ölkəmizdə də olacağı barədə sakinlərimiz bizə suallarla müraciət edirlər: "Sinoptik şəraitin təhlili göstərir ki, paytaxtda gələn həftə ərzində maksimal temperatur kölgədə 34 dərəcəyə yaxın olacaq, iyun ayının 22-də 37 dərəcəyədək yüksələcək".

Xidmət rəisi qeyd edib ki, iyunun 22-də axşam şimal küləyinin güclənməsi ilə bağlı ayın 23-24-də temperatur bir qədər aşağı enəcək və 32-34 dərəcə intervalında olacaq.