Gənc rejissora görə Kürdəxanı həbsxanasına getdi
Kriminal 19 İyn 2022 13:07:00 106 0
Son.az Kulis.az-a istinadən Xalq artisti Amaliya Pənahova haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: QHT nümayəndələrinin Şuşaya səfəri başa çatıb FOTO
Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. Ailədə üç uşaq olublar. Amaliyanın on yaşı olanda ailəsi ilə birgə Bakıya köçürlər. 1966-cı ildə on yeddi yaşı olanda Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisası fakültəsinə daxil olub. Elə həmin il də gələcək həyat yoldaşı Yusiflə tanış olub ailə qururlar. Onların bir oğlu, bir qızı dünyaya gəlir. Yusif bəy Amaliya xanımın əlindən tutub teatra gətirən insan olub.
***
1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rollar aktrisaya böyük populyarlıq gətirir.
18 yaşı olanda İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasına Nargilə roluna dəvət olunur. Tofiq Kazımovun quruluşunda təqdim olunan bu tamaşa ona çox böyük uğur gətirir.
***
1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adı verilib.
***
1982-ci ildə ilin aktrisası elan edilir, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunur.
Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.
***
1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradır və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edir. Onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün lazımi şərait yaradır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunur və universitetin professoru olur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışırlar.
Amaliya Pənahova prezident təqaüdçüsü olub. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.
***
2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.
Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror təşkilatının

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblə

Böyük Britaniya kraliçası II Elizabet 70 ildən sonra ilk dəfə ənənəvi

Yaxın gələcəkdə rus işğalçıları Xarkovu atəşə tutacaq.

Hindistan və Banqladeşdə başlayan musson yağışları həyatı iflic edib.

ABŞ prezidenti Co Bayden administrasiyasında ölkədə yüksək benzinin qiym

"Google"un həmtəsisçisi və dünyanın altıncı ən varlı adamı

Slovakiyanın müdafiə naziri Yaroslav Nad Çexiyanın müdafiə naziri Yana Ç

Şəmkir rayonunda 2003-cü il təvəllüdlü Rəvan Hüseynov tanışı və ya

Qlobal Bakı Forumu qlobal miqyaslı tədbir olmağa başlayır.

ABŞ-ın "SpaceX" alman ordusunun ehtiyacları üçün kəşfiyyat pey

Aktyorlar Uma Turman, Pol Uoker (ölümündən sonra), Bill Pullman və digər m

"Ukraynanın mövqeyi aydın və dəyişməz olaraq qalır - beynəlxalq va

Şuşanın inkişaf etdirilməsini, yenidən qurulmasını görmək təsiredici
