IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya gəliblər


Siyasət 19 İyn 2022 12:58:00 114 0

IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya gəliblər

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər.

Son.az Trend-ə istinadən bildirir ki, qonaqları yerli və xarici media nümayəndələri müşahidə edirlər.

Şuşada IX Qlobal Bakı Forumunun iştirakçıları panel müzakirələr aparacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.